Abel Məhərrəmov: "Prezidentin sərəncamında nəyə görə vəzifədən çıxmağım yazılmır"
Ölçü:


"Bir vəzifədə 20 il işləyəndə bundan razı və narazı qalanlar da olur. Hətta bəziləri bundan fürsət axtarır ki, adamı nüfuzdan salsın. Mən insanlara dəyər vermək istəmirəm. Yalnız öz dəyərimi qorumağa çalışıram".

Koordinat.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Universitetin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov "Demokrat.az"a müsahibəsində bildirib. O, rektor vəzifəsindən azad olunduqdan sonra haqqında yayılan məlumatlara da münasibət bildirib: "O adamlar oxusalar görərlər ki, Prezidentin sərəncamında nəyə görə vəzifədən çıxmağım yazılmır. Prezidentin sərəncamında yazılır ki, Abel Məhərrəmov tutduğu vəzifədən azad edilir. Burada da heç bir səbəb göstərilmir. Əgər cənab Prezident heç bir səbəb göstərmirsə, təbii ki, bundan sui-istifadə edənlər mənə qarşı qara və ləkə yaxmaqla məşğul olacaqlar. Bunun öz səbəbləri var. Çünki onlar heç zaman mən qalxdığım zirvələrə qalxa bilməyiblər. Mən arzu edirəm ki, onlar da bu zirvəyə qalxsınlar və sonra bilsinlər ki, insan əlinin qabarı, beyninin zəhməti, yuxusuz gecələri hesabına bu zirvələrə qalxan adama ləkə atmaq insanlığa sığmayan hərəkətlərdir. Onlar mənə və övladıma qarşı ləkə atırdılar. Mən öz zəhmətimlə sadə ailədən çıxmışam..."

Abel Məhərrəmov adının Hacı Allahşükür Paşazadə ilə bir yerdə hallandırılmasına belə münasibət bildirib: "Bəzən cəmiyyətdə belə hallar olur. Kimlərsə məqamdan sui-istifadə etməyə çalışır. Onlar boşboğaz adamlardır. Onların peşəsi təmiz adamlara qara yaxmaqdır. Bu cür adamlar bütün dövlətlərdə olur. Qarayaxan adam heç zaman özündən zəif adama ləkə atmağa çalışmaz. Onlar elə adamlara qara yaxırlar ki, bundan sensasiya yaransın və sairə. Ancaq bunlara əhəmiyyət vermirəm. Bunlar mənim üçün gözgötürməmək və mənasız söhbətlərdir. Bir daha deyirəm ki, elm adamlarını qorumaq lazımdır. Çünki 1 akademik nə qədər sürətli inkişaf etsə də, 50 yaşa gecə-gündüz işləsə, gəlib çata bilir. Ona görə də bir akademikin başına qara daş ataraq, onu ləkələmək, həmin şəxsin milli yetkinliyinin olmamasından irəli gəlir. Belə insanlar cəmiyyətdə gələcəkdə də olacaq. Biz onlardan özümüzü qorumalıyıq".
02.05.2019 17:19:00
Oxuma sayı: 285