Neftdən kəskin asılı olan ölkələrdə ağır böhran gözlənilir
Ölçü:


“ABŞ-da neft hasilatı tarixi rekordunu təzələdi – günlük 12 mln. 300 min barelə çıxdı. Bu gün ABŞ neft hasilatında dünya birincisidir, cəmi 3 il öncə hasilat günlük 8 mln. 600 min barel idi”.

Koordinat.az
xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli sosial şəbəkədki səhifəsində yazıb.O bildirib ki, 36 aya günlük hasilat 4 mln. 700 min barel artıb və bu, OPEC və Rusiyanın qiymətləri artırmaq üçün azaldığı günlük hasilatdan 3 dəfə çoxdur: “Yaxın 2 ildə ABŞ hasilatı günlük 15 mln. barelə çıxardacaq, Venesuela, Liviya və İran məsələləri də həll olunsa (həll olunacaq da) dünya neftdə üzəcək. Bu 3 ölkənin potensialı tam istifadə olunsa dünya bazarına əlavə 10 mln. barel neft daxil olacaq.

Çox böyük ehtimal 2020-ci ilin sonu, 2021-ci ilin əvvəllərində biz neftin qiymətində çox ciddi azalma görəcəyik, qiymət 40 dollar civarında olacaq. Qaz qiymətlərinin də formula uyğun neftə bağlı olduğuna görə, bu əmtəənin də qiyməti kəskin düşəcək (Bu gün olan qiymət iqtisadi qiymət deyil, siyasi və hərbi riskləri də üzərinə alan qiymərdir).

Cəmi 2 ilə iqtisadiyyatları neftdən kəskin asılı olan ölkələrdə yeni, daha ağır böhran dalğası görəcəyik. Azərbaycan ölkə olaraq qazandığı hər 10 manatın 9 manatını neftə-qaza görə qazanır, bu anlamda dünyada neft-qaz qiymətlərindən ən çox asılı ölkə bizik, deməli, ən ağır böhran da bizdə olacaq”.
02.05.2019 16:47:18
Oxuma sayı: 203