Türkiyə geri çəkilməsə: ABŞ gələn aydan sanksiyaları işə salacaq - TƏHLİL
Ölçü:


İman gücü ilə iqtisadiyyat düzəlmədiyi kimi, qulağa gələn yalnış məlumat qırıntıları ilə də müzakirə aparmaq olmaz.

Söylənən söz bir az əsaslı olsun deyə, Amerikanın may ayından sonra Türkiyəyə tətbiq etməyə hazırlaşdığı “ABŞ-ın düşmənlərilə sanksiyalarla mübarizəetmə qanunu”nun (CAATSA) oxunuşu son dərəcə cansıxıcı, ömür kəsən olan mətnini diqqətlə incələdim. Nyu York və Vaşinqtonda məsələnin mütəxəssislərilə də söhbət etdim. Gördüm ki, ABŞ istədiyi təqdirdə, may ayından sonra Türkiyə iqtisadiyyatına yönəlik yıxıcı təsirli qasırğa əsdirmə imkanına sahibdir. Sanksiyaların əsaslanacağı o qanun ABŞ-a bu gücü verir.

Bu cür sanksiyaları koordinasiya edən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (Office of Foreign Assets Control) və Vaşinqtonun güc iyerarxiyasının əsas oyunçuları olan Maliyyə naziri Mnuçin və Trampın sözündən çıxmadığı Milli təhlükəsizlik müşaviri Bolton Amerikanın bu gücünü Türkiyəyə yönəlik olaraq istifadə etməsini istəyirlər.

“Tramp istərsə, bu işlərə mane ola bilər” deyərək düşünməyin, çünki onun buna mane olmaq gücü yoxdur. Qeyd etdiyim oyunçular ABŞ Konqresində Türkiyəyə qarşı yaranmış mövcud ab-havadan da yaxşı istifadə edirlər. Doğrusu, Trampın Türkiyəni iqtisadi dağıntı ilə təhdid edən açıqlaması da artıq qeydlərə keçibdir.

Rus oyunu


ABŞ-da bütün bu prosesi iyun ayından etibarən başlatmağı düşünürlər. Çünki Türkiyəni Qərbdən qopartmaqla, özünə görə, böyük qələbə çalmış olacaq Rusiya, – Türkiyəyə ola biləcəklərə heç məhəl qoymadan, – S-400 raketlərinin göndərilməsinə iyunun sonundan etibarən başlaya biləcəyinin siqnalını verir.

Putin həm Trampla, həm də Türkiyə ilə oynamağa başlayıb. Bu səbəblə əgər Türkiyə sanksiyalar tətbiq edilməmişdən öncə nə isə etmək niyyətindədirsə, may ayının həlledici tarix olduğunu nəzərə almalıdır.

İqtisadi sanksiyalar

“ABŞ-ın düşmənlərilə sanksiyalarla mübarizəetmə qanunu” Türkiyəyə tətbiq edildiyi halda, prezident bu qanunda nəzərdə tutulan 12 sanksiya növünün, ən azı, 5-ini mütləq tətbiq etməyə məcburdur.

Bu qanunun 231 və 235-ci bölümlərini oxuyan zaman prezidentə verilən iqtisadi sanksiya gücünün Türkiyə baxımından nə qədər arzuolunmaz ola biləcəyini içiniz titrəyərək görə bilərsiniz.

Misal üçün, ABŞ Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Avropa İnvestisiya Bankı kimi qurumlarda Türkiyənin bütün səsvermə hüquqlarını dayandırmağa təşəbbüs göstərə bilər. Hətta ABŞ, Türkiyəyə yönəlik kredit, qrant və texniki yardım kimi işləri durdurma istiqamətində də addım ata bilər.

Bu üzdən deyirəm ki, bıçaq sümüyə dayanmadan ehtiyat tədbirləri görmək lazımdır.

Sərdar Turqut (“Habertürk”ün Vaşinqton təmsilçisi)
Tərcümə Strateq.az-ındır

01.05.2019 10:59:00
Oxuma sayı: 351