Avtomobil oğrusu tutuldu
Ölçü:


Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Musayev aprelin 28-də saat 3 radələrində evinin qarşısından “Saipa” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qısa müddətdə avtomobil M.K.Atatürk prospektindəki evlərin birinin qarşısında tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Xəlilov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.  

Araşdırma aparılır.
30.04.2019 12:08:00
Oxuma sayı: 226