Bakıda 20 meyvə ağacı məhv edildi
Ölçü:


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda qanunsuz ağac kəsilməsi hadisəsi ilə bağlı polisə müraciət edib.

Koordinat.az
-ın məlumatına görə, müraciətdə bildirilir ki, İnqilab İsmayılov küçəsi 36 ünvanındakı binanın arxasındakı köhnə bağ sahəsində naməlum şəxs və ya şəxslər 1 qovaq, 12 albalı, 6 nar və 2 ərik ağacını kəsərək məhv edib.

Ağacları kəsən şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
24.12.2017 19:12:00
Oxuma sayı: 491