Ayaz Salayev bədii şuranın üzvü seçildi
Ölçü:


"Xəzər" televiziyasında bədii şura yaradılıb. Şuraya bir çox nüfuzlu şəxslər daxil edilib.

Koordinat.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev də şuraya daxil edilib.

Ayaz Salayevlə yanaşı, "Xəzər" televziyasının prezidenti Şamxal Həsənlinin sədrlik etdiyi şurada, ümumilikdə 12 nəfər təmsil olunur. Bunlar millət vəkilləri Elman Nəsirov, Nizami Cəfərov, Elmira Axundova, Novruz Aslan, Qüdrət Həsənquliyev, yazıçı-publisist Həmid Herisçi, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı, kulturoloq, professor Fuad Məmmədov, Xalq artistləri Həmidə Ömərova və Nazpəri Dostəliyevadır.
29.04.2019 13:23:00
Oxuma sayı: 208