Lukaşenkodan ATƏT ölkələrinin dövlət başçılarına Qarabağa dair çağırış
Koordinat.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşü zamanı bildirib: “Həll ediləcək xeyli problemlər yğılıb qalıb - Dağlıq Qarabağ, Transnistru, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bu məsələlərə biganə olduğu üçün ATƏT-i çox vaxt tənqid edirəm, hərçənd bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir”.
Belarus Prezidenti regiondakı problemləri müzakirə edib mövcud vəziyyətə çarə qılmaq üçün ATƏT-ə üzv olan ölkələrin dövlət başçıları arasında 1999-cu ildən sonra görüş keçirilmədiyini vurğulayıb.(report)
29.04.2019 13:56:00
Oxuma sayı: 430