Elçin Şıxlı: “Sosial şəbəklər mətbuatı öz girovuna çevirib...”
Ölçü:


Son zamanlar sosial şəbəklər az qala mətbuatı öz girovuna çevirib və hadisələrin indiki gedişi ölkə mediası üçün ancaq fəlakət vəd edir.

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin rəhbəri Elçin Şıxlı Modern.az-a açıqlamasında bildirib. O qeyd edib ki, sosial şəbəkədə peşəkar medianın imzası yoxdursa yalan məlumatların, təşviqatın qarşısını almaq mümkün ola bilməz: “Çünki sosial şəbəkə mətbuat deyil, bu sadəcə insanların biri-birilə fikir mübadiləsi aparmaq üçün olan bir ortamdır. Hər hansı peşəkar media orqanının və peşəkar hesab etdiyimiz jurnalistin xəbəri qeyri-dəqiq verməsi artıq onun peşəkar olmadığından xəbər verir. Hazırki şəraitdə belə xəbərlərin yazılmasının qarşısını almaq qeyri-mümkündür. Qarşısını almaq dedikdə, kimisə həbs etməyi nəzərdə tutmuram. Konkret olaraq normal mühit yaradılmalıdır, peşəkar münasibətlər qurulmalıdır. İşlədiyi media orqanının nüfuzunu düşünməyən jurnalistlər olduğu, dəqiq mənbəyə istinad edilmədiyi bir şəraitdə belə xəbərlərin yayılmasını dayandırmaq mümkünsüzdür”.

 

27.04.2019 13:51:00
Oxuma sayı: 306