Sabiq icra başçısı azadlığa çıxdı
Ölçü:


Ağcabədi rayonun sabiq icra başçısı Münsif Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Koordinat.az
-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən M.Səfərova şərti cəza verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.

Qeyd edək ki,  Münsif Səfərov 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı olub. İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər. Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə iclaslarında iştirak etmədiyi üçün barəsində axtarış elan edilmişdi və bir müddət əvvəl həbs edilmişdi.
 
26.04.2019 17:11:00
Oxuma sayı: 276