Yanukoviç Ukraynaya qayıtmaq istəyir
Ölçü:


Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç Vladimir Zelenskinin andiçmə mərasimindən sonra ölkəsinə qayıdacağına inanır.

Koordinat.az xəbər verir ki, bu barədə onun vəkili Vitaliy Serdyuk  bildirib. O qeyd edib ki, V.Yanukoviçin Ukraynaya qayıtması istiqamətində işlər davam etdirilir. “V.Yanukoviçin günahsız olduğunu sübut etmək üçün işlərimizi davam etdiririk, biz buna nail olacağıq”,- deyə vəkil əlavə edib.

Qeyd edək ki, bu ilin yanvarında Kiyev məhkəməsi V.Yanukoviç barəsində 13 il müddətinə həbs qətimkan tədbiri seçib(azərtac).

24.04.2019 15:58:00
Oxuma sayı: 282