Bu il sahibkarlara 34 milyon manat güzəştli kredit verilib
Ölçü:


İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu 2019-cu il başlayandan bu günə kimi sahibkarlara 33,7 milyon manat məbləğində güzəştli kredit verib.

Nazirlikdən Koordinat.az-a verilən məumata görə, bu il ümumi dəyəri 145,7 mln manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 33,7 mln. manat həcmində güzəştli kredit verilib.

"Əsas maliyyələşdirilmə istehsal və emal yönümlü layihələrə ayrılıb. Ümumilikdə, ilin sonuna kimi Fond tərəfindən sahibkarlara 160 mln. manat güzəştli kreditin verməsi gözlənilir", - deyə Nazirlikdən bildirilib.

24.04.2019 11:36:00
Oxuma sayı: 57