Elinanın anasına təmənnasız  vəkil tutulub – RƏSMİ
Ölçü:


162 saylı məktəbin intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynova Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşüb.

Koordinat.az xəbər verir ki, bu barədə Anar Bağırov Modern.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, mətbuatda gedən məqalələri oxuduqdan sonar dərhal Sevil Heseynova ilə əlaqə saxlayıb: “Xanımı Vəkillər Kollegiyasına dəvət etdim. Hazırda bir neçə savadlı, peşəkar və təşəbbüskar vəkilimiz: Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayev və digərləri bu iş üzrə pulsuz hüquqi yardım göstərməyə hər an hazırdılar”.

Kollegiya sədri qeyd edib ki, vəkillər bu cür işlərdə öz vəkil andlarına sadiq qalaraq, vəkilliyin nüfuzunu yüksək tutaraq hüquqi yardım göstərəcəklər.

Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.  Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
22.04.2019 13:11:00
Oxuma sayı: 254