Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı
Ölçü:


Bakıda azyaşlının üzünü it parçalayıb.

Koordinat.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini  parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1  saylı Klinik xəstəxanaya aparılıb.
H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa  edilib.
Hazırda müalicəsi davam etdirilir.

21.04.2019 18:03:19
Oxuma sayı: 254