Jirinovskidən Ukraynadakı seçki ilə bağlı açıqlama
Ölçü:


“Mən çoxdan deyirəm ki, Rusiyada da güclü debatlar keçirilməlidir. Debatlar diqqət çəkilmək üçün uyğun zamanda keçirilməlidir. Bizdə isə elə alınır ki, Rusiyadan daha çox Ukraynadakı debatlara yer ayrılır”.

Koordinat.az
xəbər verir ki, bu sözləri Ukraynada prezidentliyə namizədlər arasında keçirilən debata münasibət bildirən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Debatların keçirilməsi üçün stadionun seçilməsinə gəldikdə isə bu, sadəcə, görüntü xatirinə edilib. Studiyada debatlar daha düzgün keçirilə bilər, proqramı və öz komandanı təqdim edə bilərsən”, – Jirinovski qeyd edib.

Jirinovskinin fikrincə, Zelenskinin yüksək reytinqinə baxmayaraq, güc strukturlarının dəstəyi sayəsində Poroşenko qalib gəlmək üçün bütün imkanlara sahibdir: “Ukraynanın bölünməsi hazırkı böhranı həll etmək üçün yeganə yoldur. Poroşenko bunu daha tez reallaşdıracaq”.

20.04.2019 13:52:00
Oxuma sayı: 64