Baş pediatrdan valideynlərə xəbərdarlıq
Ölçü:


Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qala bilirlər. Onları  bu xəstəliklərdən qorumaq üçün erkən yaşlarda peyvənd olunurlar.

Koordinat.az
xəbər verir ki, bəzi valideynlər peyvəndə yaxşı baxmasalar da, mütəxəssislər buna əks fikir söyləyirlər. Çünki peyvənd olunmayan uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır.
Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Modern.az-a açıqlamasında bildirib ki, dünyada peyvəndin başqa bir alternativi yoxdur: "Hazırda qızılca və başqa yoluxucu xəstəliklərin yayılmasının şahidi oluruq. Bunun başlıca səbəbi uşaqların vaxtında peyvənd edilməməsidir. Hazırda ölkəmizdə 11 yoluxucu xəstəliyə qarşı peyvənd olunur".

Xatırladaq ki, “Uşaqların icbari dispanserizasiyası” haqqında qanuna əsasən, xəstəliklərdən qorunmaq uşağın başlıca haqlarından biridir. Baş pediatr deyir ki, əgər hər hansı bir səbəbdən valideyn uşağı peyvənd etdirməkdən imtina edirsə, yazılı izahat verməlidir ki, niyə uşağı peyvənddən yayındırır: "Peyvənddən əslində heç kim imtina etməməmlidir. Valideynlər istəkli bir şəkildə  bu prosesi həyata keçirməlidir ki, övladları 11 yoluxucu xəstəlikdən uzaq olsun. Dünya Səhiyyə Təşkilatı ilə razılaşdırılmış peyvənd təqvimi var. Uşaq doğulduğu zamandan peyvəndə cəlb olunur. 3 yoluxucu xəstəliyə - B hepatiti, vərəm, poliomielit-ə qarşı doğulduqdan 1 həftə sonra peyvənd olunur.  İki aylıq olduqda daha 5 xəstəliyə qarşı peyvənd olunur: B hepatiti, vərəm, poliomielit, hemofilis influenza, pnevmakok. Üç xəstəliyə qarşı peyvənd 1 yaşda aparılır. Bunlara da qızılca, məxmərək və parodit aiddir. Uşaq yaş yarımlıq olduqda və altı yaşadək təkrar revaksinasiya olur və bununla da peyvənd təqvimi tamamlanır”.
19.04.2019 12:36:00
Oxuma sayı: 202