Dövlət sektorunda maaşların artımı özəl sektordakından 4 dəfə çoxdur
Ölçü:


Dövlət Statistika Komitəsi (DSK) ölkədə ayrı ayrı sahələr üzrə əmək haqqı göstəricilərini açıqlayıb.

Koordinat.az
xəbər verir ki, yanvar-mart aylarının nəticələrinə görə, ölkədə orta aylıq əmək haqqı 555 manat təşkil edib. Ötən ilin eyni dövründə orta aylıq əmək haqqının 510 manat olduğunu nəzərə alanda son bir ildə bu göstərici 8,8% artıb. Komitənin məlumatına görə, bu il dövlət sektorunda orta aylıq əmək haqqı 446,5 manat, özəl sektorda isə 696,7 manat təşkil edib.

Xatırladaq ki ötən il analoji göstəricilər 393,8 manat və 674,6 manat idi. Başqa sözlə, son bir ildə dövlət sektorunda maaşlar 13,4%, özəl sektorda isə 3,3% artıb.

Bu il dövlət sektorunda ən az əmək haqqı kənd təssərrüfatı və səhiyyə sahəsindədir - 211-236 manat  arasında dəyişir. Özəl sektorda isə bu sahələrdə əmək haqqı  360-362 manat arasında dəyişir. Ən yüksək əmək haqqı isə dövlət sektorunda maliyyə, sığorta və mədənçıxarma sənayesindədir. Təqribi maaşlar 1 336 – 1434 manat arasında dəyişir.

Özəl sektorda isə ən yüksək maaş Peşə, elmi- texniki fəaliyyət və mədənçıxarma sənayesindədir. Maaşlar 2 180 – 3 705 arasında dəyişir.
19.04.2019 11:23:00
Oxuma sayı: 259