Ərdoğan: “Seçkilərin nəticələri ilə bağlı mübarizəni davam etdirəcəyik”
Ölçü:


“Bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mübarizəmizi axıradək davam etdirəcəyik”.

Koordinat.az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Memur-Sen” təşkilatının toplantısında İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərin nəticəsinə işarə edərkən deyib.

“Mərkəzi Seçki Komissiyası nöqtə qoyandan sonra bu iş başa çatacaq. Həqiqət uğrunda mübarizəmizdən niyə narahatsınız?”, – o vurğulayıb.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərdə Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu qalib gəlib.

18.04.2019 14:14:00
Oxuma sayı: 74