NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Bakıda

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında olan fəxri qonaq bir sıra görüşlər keçirib. General-leytenant Y.Broeks şəxsi heyət qarşısında NATO-nun layihə və proqramları, NATO-Azərbaycan əməkdaşlığının istiqamətləri mövzusunda çıxış edib və görüş iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirən NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın tədbirlərində Azərbaycan hərbçilərinin fəal iştirakını və hərbi qulluqçularımızın hazırlığını xüsusi vurğulayıb.
18.04.2019 13:23:00
Oxuma sayı: 132