Fuad Qəhrəmanlının qızına hücum edən kimdir? - FOTO
Ölçü:


Daxili İşlər Nazirliyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edilməsi və təhqir olunması hadisəsi ilə bağlı açıqlama verib.

Koordinat.az
xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaşlar qarşılaşdıqları kriminal xarakterli əməllər, hüquq pozuntuları ilə bağlı nazirliyin “102 Xidməti”nə müraciət etməlidirlər: “Bu hadisə ilə də bağlı “102 Xidməti”nə müraciət edilib. Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunub. Faktla bağlı ərizə alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.
 
Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxsin fotosunu təqdim edirik:
 
18.04.2019 11:45:00
Oxuma sayı: 69