Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri oldu- FOTO
Ölçü:


Əkrəm İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəsiqəsi təqdim edilib.

Koordinat.az
xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Bu arada AKP-nin İstanbul bələdiyyəsinə namizədi olmuş Binəli Yıldırım “Twitter” sosial şəbəkəsindəki hesabında İmamoğlunun vəsiqə almasına reaksiya verib: "İstanbul şəhər Seçki Komissiyası İstanbul bələdiyyəsinin vəsiqəsini cənab İmamoğluna vermişdir. Qərarın xeyirli olmasını arzulayıram”.

O bildirib ki, vəsiqənin Əkrəm İmamoğluna verilməsinə baxmayaraq, təmsil etdiyi partiya (AKP) hüquqi haqlarını axtarmağa davam edir: “Demokratiya və hüquq öz işini görmüşdür. Böyüyən gərginliyin gərəksizliyi üzə çıxmışdır. Son söz YSK-nındır”
18.04.2019 09:38:00
Oxuma sayı: 67