Məktəb direktoru "Gənclərin dostu" diplomu ilə təltif edildi
Ölçü:


Bu gün Gənclər Mərkəzi İctimai Birliyi Kəlbəcər rayonu 23-saylı tam orta məktəbin direktoru Həqiqət xanım Şükürovanı "Gənclərin dostu" fəxri diplomu ilə təltif edib.

Koordinat.az xəbər verir ki, diplomu Gənclər Mərkəzi İctimai Birliyinin sədr müavini Elvin Hüseynov təqdim edib. Həqiqət Şükürova ictimai birliyin sədrinə və sədr müavininə bu diqqətə görə öz dərin minnətdarlığını və təşəkkürünü bildirdi və ictimai birliyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
17.04.2019 13:17:00
Oxuma sayı: 49