17 avtobusunun hərəkət sxemi dəyişdiriləcək
Ölçü:


Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.

Bu barədə Koordinat.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun  sözlərinə görə, sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Dəyişiklik ediləcək marşrut avtobusları 1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1-dir.  Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Xatırladaq ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 22 apreldən etibarən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.
17.04.2019 13:22:00
Oxuma sayı: 251