TANAP Avropaya qazın nəqlinə hazırlaşır
Ölçü:


Azərbaycanın “Şahdəniz-2” lahiyyəsi çərçivəsində hasil edilən qazın Avropaya ötürülməsini təmin edəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan II fazasının son mərhələsinə start verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) Koordinat.az-a verilən məlumata görə, sözügedən proses çərəivəsində aprelin 15-dən etibarən sınaq məqsədi ilə sistemə qazın verilməsinə başlanıb. Bu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq qazının nəqli üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, TANAP qaz boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan üç böyük boru kəmərindən biri və SOCAR-ın Türkiyədəki ən böyük investisiya layihəsidir. Xatırladaq ki, TANAP boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin rəsmi açılışı 2018-ci il iyun ayının 12-də keçirilmiş və kommersiya məqsədli ilk təbii qaz 30 iyun tarixində bu kəmər vasitəsi ilə Türkiyə bazarına daxil olmuşdur. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və SOCAR Türkiye Enerji A.Ş (7%) şirkətləridir.

17.04.2019 12:46:00
Oxuma sayı: 23