Qarabağa dair “Rus palnı”nın növbəti raundu bitdi: müharibə, yoxsa sülh? - TƏHLİL
Ölçü:


Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın Rusiya XİN başçısı Sergey Lavrovun qatıldığı görüşü keçirilib. Sonra ATƏT Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) onlara qoşulublar. Bu danışıqların məhz Moskvada keçirilməsi və Lavrovun buna qatılması faktının özü ekspertləri xeyli fikrə aparır.

Aydın idi ki, münaqişə tərəfləri Dağlıq Qarabağ münaqişəsinin kəskin problemlərinə, sadəcə, növbəti dəfə yanaşmayıblar, ev çantalarında hansısa tədarükləri var idi.

Məmmədyarovun danışıqların yekunları üzrə heç vaxt olmadığı qədər yetərincə açıq bəyanatı dəyərləndirilsə, belə də olub: “Sergey Lavrov, mən və Zöhrab Mantsakanyan birinci növbədə üçtərəfli görüş keçirdik. Görüş səmərəli oldu. Biz indiyədək irəliləyişə mane olan məsələləri konkret müzakirə etdik. Deyə bilmərəm ki, bu, tam irəliləyiş idi. Lakin Ermənistan tərəfi və mən bütünlükdə bəzi problemli məqamları daha hərtərəfli və dərindən anlaya bildik. Biz Rusiya tərəfinin 2016-cı ildə təklif etdiyi plan əsasında müzakirə apardıq. Əlbəttə, bu görüşdə bütün məsələləri həll edə bilmədik. Bu günki görüşün xeyri bundan ibarətdir ki, hansı problemlərin olduğunu və hansıların həllinin gərəkdiyini daha dərindən dərk etdik. Məsələn, Ermənistan status və təhlükəsizliklə bağlı məsələ qaldırır. Biz isə birinci növbədə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və məcburi köçkünlərin qayıdışı məsələsini qaldırırıq. Biz bu dörd məsələ ətrafında hərtərəfli müzakirə apardıq. Düşünürəm ki, bunu davam etdirməyə razılaşmışıq. Çünki mən cənab prezidenti məlumatlandırmalıyam. Erməni həmkarım öz baş nazirini məlumatlandırmalıdır. Görüşdə müxtəlif fikirlər səsləndi. Bu təkliflərin nə olduğunu indi söyləmək istəmirəm. Bunlar Rusiya tərəfinin, həmsədrlərin, Azərbaycan və Ermənsitanın təklifləri idi. Bu yöndə işi davam etdiririk”.

Yada salaq ki, Moskva 2016-cı ildə sonradan “Lavrov planı” adlandırdığı və Dağlıq Qarabağın uyğun statusunun müəyyən edilməsilə Dağlıq Qarabağ ətrafındakı “işğal edilmiş” Azərbaycan torpaqlarının azad edilməsini nəzərdə tutan ssenari təklif edib. Görünür, Smolensk meydanının analitik düşüncəsi o çağdan bəri bir addım da irəliləməyib, amma Mənmmədyarova görə, danışıqlarda “müxtəlif təklif və rəylər səslənib”.

Bununla belə, ATƏT MQ həmsədrlərinin yekun bəyanatı bu fonda müəyyən ayrıntıları irəli sürür. Məlum olur ki, münaqişə edən tərəflər “münaqişə zonasında durumun sonrakı, özəlliklə kənd təsərrüfatı işlərinin gedişində sabitləşməsinə maraq göstərib”, onlar “habelə ailələrin  tərəflərin uyğun saxlama mərkəzlərində göz altında olan qohumları ilə görüşünə imkan vermək üçün qarşılıqlı əsasda tədbir görməyə razılaşıb” və “adamlar arasında təmasların qurulması üçün o cümlədən KİV təmsilçilərinin qarşılıqlı səfərləri vasitəsilə konkret işə başlamaq razılığını ifadə ediblər”.

Qeyd edək ki, REGNUM İA həmişə məhz buna çağırıb. Və əlbəttə, Azərbaycan və Ermənistan XİN başçılarına istinadən “bölgədə dayanıqlı barışın əldə edilməsinə yönəlmiş vasitəçilik missiyasına tərəfdarlıq” haqda bəyan olunub.

Bəs sonra? ATƏT MQ qeyd edir ki, “görüş iştirakçıları ən yaxın zamanda təmasları davam etdirməyə razılaşıblar”. Moskvada nə baş verib ki? Məmmədyarovun reaksiyasına əsasən, çox ehtimal ki, masa üzərinə Bakı və İrəvanın mövqeyinin addım-addım yaxınlaşmasını nəzərdə tutan “humanitar” deyilən silsilədən çoxlu konkret təkliflər qoyulub. Yalnız bu yöndə irəliləyiş Moskva-Bakı-İrəvan üçbucağında görüşün baş tutacağına zəmanət verir. Bu yöndə hiss olunan addımlar olmasa, Rusiya prezidenti Vladimir Putinin də Qarabağ dialoquna qatılmağının və qabaqkı kimi bəlli köhnə formatlarda keçiriləcək “diplomatik çalxalanma”nın mənası yoxdur.

Hətta az inanırsan ki, Dağlıq Qarabağa münasibətdə Azərbaycan və Ermənistanın dövlət siyasətinə təsir etməyə qabil olan başqa bir dialoqa təşəbbüs etməyi bacaracaq güclər var….

… Şizofrenik durum meydana çıxır – nə müharibə, nə də sülh. Və heç kim bilmir ki, bu nə qədər uzun çəkəcək. Belə ki, Ermənistan və Azərbaycan XİN başçılarının Moskva görüşü tərəflərə irəliləyiş gətirməyib, amma yeni ümidlər yaranıb.

Stanislav Tarasov (regnum.ru)
Tərcümə Strateq.az-ındır.
 
17.04.2019 09:48:00
Oxuma sayı: 309