Masazırda iki gün işıq olmayacaq
Ölçü:


Aprelin 16-17-də Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq”dan Koordinat.az-a verilən məlumata görə, buna səbəb həmin günlər saat 10:30-dan 15:30-a qədər Masazır Yarımstansiyasında aparılacaq yenidənqurma işləridir.

Qurum yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib. 
15.04.2019 16:56:00
Oxuma sayı: 15