BANM-də “Gənc Ekoloqlar” layihəsi
Ölçü:


Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə V kursda təhsil alan tələbəsi Mustafa Əsgərovun “Gənc Ekoloqlar” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb.

BANM-in mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 140 tələbə peşəkar təlimçilərin dəstəyi ilə ətraf mühitin qorunması, ekoloji problemlər və onların yaratdığı fəsadlar ilə dərindən tanış olub, bu problemlərin həlli yolları istiqamətində fikir mübadiləsi aparıblar. Layihənin son günündə isə poster yarışması keçirilib. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş ekoloji problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdiriblər. Sonda qalib komandanın üzvlərinə fərqlənmə diplomu təqdim olunub.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyilə həyata keçirilib.

25.11.2016 11:02:00
Oxuma sayı: 310