Mikayıl Cabbarov BVF-in nümayəndələri ilə görüşüb
Ölçü:


Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə yeni missiya rəhbəri xanım Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin Media və kommunikasiya mərkəzindən Koordinat.az-a verilən məlumata görə, görüşdə Beynəlxalq Valyuta Fondu ilə Vergilər Nazirliyi arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
15.04.2019 15:32:00
Oxuma sayı: 14