Azərbaycanda xəstəyə qoyulan xərçəng diaqnozu yalanmış - deputatdan əhaliyə çağırış
Ölçü:


Deputat Fazil Mustafa Azərbaycanda onkoloji xəstəlik diaqnozu qoyulan insanlara müraciət edib.

Koordinat.az
xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Fazil Mustafa xəstələrə bu diaqnozları ciddiyə almamağı tövsiyə edib: “Uzaq qohumlardan bir xanım var. Bəlkə də 15 ildir Bakıda onkoloji xəstəlik diaqnozu quyublar və hər il bədəninə ximya yeridirlər. Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki,onkologiyaya aid heç bir problemi olmayıb. Sadəcə illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və keyfi xeyli yaxşılaşıb. Ona görə də Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar. Bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!”


 
13.04.2019 13:51:00
Oxuma sayı: 230