Xaricdə magistr təhsili almaq istəyənlərin nəzərinə
Ölçü:


Azərbaycan Gənclər Fondu yaxın günlərdə xaricdə təhsillə bağlı müsabiqə elan edəcək. Hazırda xaricdə təhsil almaq istəyənlərin hansı şərtlər əsasında maliyyələşəcəyi istiqamətində işlər aparılır.

Koordinat.az xəbər verir ki, bu barədə Modern.az -a Fonddan bildiriblər. Məlumata görə, 2019/2020-ci tədris ilində gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək: "Yəni burada  gənclərin yalnız  magistr dərəcəsi üzrə maliyyələşməsi nəzərdə tutulub. Xaricdə təhsil almaq istəyənlər  müsabiqə əsasında seçiləcək. Müsabiqədə isə yəqin ki, gənclərin bakalavr dərəcəsinə qəbul olduğu balları nəzərə alınacaq.  Çox güman ki, müsabiqə zamanı gənclərin akademik göstəricilərinə də diqqət ediləcək”.

Qeyd olunub ki, hazırda gənclərin hansı ölkələrdə və ixtisaslar üzrə təhsil alacaqlarına dair heç bir məlumat yoxdur: “Gənclərin hansı şərtlər əsasında xarici ölkədə maliyyələşdirilməsinin  üzərində işlər aparılır. Çünki maliyyələşmə prosesləri tam olaraq yekunlaşmayıb.
Proseslər tam yekunlaşdığı zaman Gənclər Fondunun saytına elan yerləşdiriləcək”.

 Xatırladaq ki, Milli Məclisin Gənclər və idman komitəsinin aprelin 11-də keçirilən iclasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib. O, bildirib ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan veriləcək. İlk il olduğu üçün bir qədər az tələbənin maliyyələşdirilməsini nəzərdə tutulur. Odur ki, universitet və ixtisasların da siyahısı geniş olmayacaq”.

13.04.2019 11:45:00
Oxuma sayı: 25