Evlənməyə hazırlaşan 270 nəfərdə xəstəlik tapıldı
Ölçü:


2019-cu ilin mart ayında nikaha daxil olmaq istəyən 9965 nəfər qan müayinəsinə cəlb olunub.

Koordinat.az
xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. O, qeyd edib ki, 247 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb: “Həmçinin 9 nəfərdə HİV, 9 nəfərdə sifilis qeydə alınıb”.

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 529915 nəfərdə qan müayinəsi aparılıb: “18963 cütlükdən birində talassemiya daşıyıcılığı, 199 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1746 nəfərdə sifilis, 472 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

 

 
12.04.2019 14:37:00
Oxuma sayı: 19