71 min 637 abituriyent qeydiyyatdan keçib
Ölçü:


2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun ərizələrin təqdim edilməsi mərhələsi başa çatmaq üzrədir. Belə ki, imtahanlarda iştirak etmək üçün ərizə qəbulunun başa çatmasına 5 gün qalır.

Koordinat.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov indiyədək ərizə qəbulunda iştirak etmiş abituriyentlərin sayını açıqlayıb. O, qeyd edib ki, bu günə qədər Azərbaycan və rus bölməsi üzrə sənəd qəbulunda 71 min 637 abituriyent qeydiyyatdan keçib. Hazırkı vəziyyətə II və IV qrupda abituriyentlərin sayı plan yerlərinə nisbətdə azdır. Bu isə o deməkdir ki, həmin ixtisas qruplarında müsabiqə vəziyyətinin aşağı olacaq. Yenə də II qrupda çox sayda plan yeri boş qalacaq.

Ümumilikdə bu günədək ixtisaslar üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı aşağıdakı kimidir:
I qrup: 24452
II qrup: 12229
III qrup: 19575
IV qrup: 4581
V qrup: 42255
11 illik kollec: 47045
10.04.2019 10:54:00
Oxuma sayı: 374