Sabah 11 dərəcə isti olacaq
Ölçü:


Sabah Bakıda və Abşeron yarımadasında dekabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Arabir duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında dekabrın 23-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 24-ü axşamadək Abşeron yarımadasında küləkli və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
22.12.2017 12:17:00
Oxuma sayı: 791