Ailə üzvləri Dilqəm və Şahbazla görüşə gedə bilər
Ölçü:



Prezident İlham Əliyevin Ermənistanın baş naziri Paşonyan arasında Vyana şəhərində keçirilən görüşdə humanitar aksiyalar barədə əldə olunub. Həmin razılıq əsasında, əsir və girovları yaxınlarının ziyarət etməsinə şərait yaradıla bilər.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yerli jurnalistlərə açıqlamasında deyib: “Düşünürəm ki, bunun reallaşmasına çox yaxınıq. Amma bizim və Azərbaycan tərəfdən olan əsir və girov ailələrinin buna razı olub-olmayacağını bilmirik. İstisna etmirəm ki, bəzi insanlar siyasi yox, şəxsi motivlərə görə bu addımı atmasınlar. Aydındır ki, bu asan qərar olmayacaq”.

Xatırladaq ki, hazırda Azərbaycan vətəndaşları Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elvin İbrahimov düşmən girovluğundadır.

09.04.2019 15:17:00
Oxuma sayı: 331