Qulu Məhərrəmli AzTV-dəki dəyişikliklər barədə: "Televiziyaya ləkə gətirənlərin bəziləri hələ postunda qalır”

Koordinat.az xəbər verir ki, bunu tanınmış jurnalist, televiziya eksperti Qulu Məhərrəmli Modern.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, AzTV-nin adına, imicinə, nüfuzuna ləkə gətirən bəzi rüşvətxor, korrupsiyanın içərisində olan, köhnə sədrin əlaltısı olan şəxslərin bəziləri kollektivdən çıxarılsa da, postunda qalanlar da var: “Hər halda biz də arzu edirik ki, dövlət televiziyamız sanballı, yaradıcı və xalqa xidmət edən şəkildə fəaliyyəti ilə seçilsin. Dövlətin qayğı göstərdiyi, kifayət qədər maliyyə ayrılan televiziyanın həm yerli, həm də xarici televiziyalarla rəqabət qabiliyyəti olmalıdır. Ancaq bu şəkildə geniş tamaşaçı auditoriyasını özünə cəlb edə bilər. Proseslərin yaxşıya doğru inkişaf etməsini arzulayırıq”.
Xatırladaq ki, bu ilin yanvar ayındaArif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edilib. Onun yerinə gənc jurnalist Rövşən Məmmədov təyin edilib. O, AzTV-dən əvvəl “Lider” TV və “İdman-Azərbaycan” telekanallarında çalışıb. Bakı Avrasiya Universitetində müəllim olaraq da fəaliyyət göstərib.
09.04.2019 10:07:00
Oxuma sayı: 17558