8 ildə 12 metrostansiyasının tikintisi başa çatacaq
Ölçü:


2025-ci ilə qədər Bakı Metropoliteninin Bənövşəyi xətt üzrə 12 stansiyasının tikintisi başa çatacaq.

Koordinat.az
xəbər  verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib. O qeyd edib ki, artıq həmin stansiyaların tikintisi üçün torpaq sahələri ayrılıb: "Bənövşəyi xətt Qaraçuxur qəsəbəsinə qədər olacaq. Bildiyiniz kimi, artıq həmin xətt üzrə 2 stansiya - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları istifadəyə verilib. Digər stansiyaların da bəzilərinin tikintisi davam edir. 2025-ci ilə qədər bu xətt üzrə bütün stansiyalar istifadəyə verilməlidir".
 
08.11.2017 14:12:00
Oxuma sayı: 1584