BMT-dən mühüm qərar: Qüds İsrailin paytaxtı kimi tanınmadı
Ölçü:


BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı ləğv edilib.

Koordinat.az
xəbər verir ki, Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Qətnamə lehinə 128, əleyhinə 9 səs olmaqla qəbul edilib. Səsvermə zamanı 35 ölkə bitərəf qalıb.

Beləliklə, Trampın qərarının beynəlxalq birlik tərəfindən qəbul edilmədiyi qəti şəkildə ortaya qoyuldu.
 
Qeyd edək ki, qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Qonduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.
 
21.12.2017 21:23:36
Oxuma sayı: 982