Rusiya eksperti: “Bu, Ərdoğan üçün çox təşvişli siqnaldır” – MÜSAHİBƏ
Ölçü:


Şərqşünas İlşat Sayetov hesab edir – Türkiyə başçısının taxtını nəsə laxlada bilərsə, onda bu, ölkədə iqtisadi durumun ciddi pisləşməsidir. Türkiyənin iqtisadi, siyasi, sosial, təhsil mənasında üç ən önəmli mərkəzi müxalifəti dəstəkləməyi qət edib.

Ukraynanın prezident seçkiləri həm Ukrayna, həm də Rusiya üçün qonşu ölkədə elə həmin gün baş vermiş başqa önəmli bir hadisəni pərdələyib. Bu, Türkiyədə prezident Rəcəb Tayib Ərdoğana qarşı çıxanların ölkənin üç mühüm şəhərində – paytaxt Ankara, intellektual paytaxt İzmir və bu dövlətin ən böyük meqapolisi İstanbulda mer seçkilərində qalib gəldiyi bələdiyyə seçkiləridir.

Müxalif Cümhuriyyət Xalq Partiyasından namizəd Əkrəm İmamoğlu bildirib ki, bülletenlərin 99,95%-i sayılandan sonra İstanbul meri seçkilərində öz rəqibini 25 755 səs geridə qoyub. İmamoğlunun sözlərinə görə, “YSK-nin məlumatları bizim öz məlumatlarımıza
çox yaxındır. Bunun YSK tərəfindən təsdiqi ”bizi sevindirib, yəni seçkilər demokratik olub”.

Koordinat.az
xatırladır ki, prezident Ərdoğanın Ədalət və İnkişaf Partiyası 25 ildə ilk dəfə İstanbul və Ankarada mer seçkilərini uduzub. Bu arada AKP, onun versiyasına görə, tərəfdarlarının səslərini “itirən” seçki komissiyalarından şikayətlə apellyasiya məhkəməsinə artıq ərizə verib. Müxalifət düşərgəsində indiki qələbəni 1994-ün hadisələri ilə tutuşdurula bilən dönüş nöqtəsi adlandırırlar.

Rusiya EA Şərqşünaslıq İnstitutu Yaxın və Orta Şərq ölkələrinin araşdırılması Mərkəzinin elmi əməkdaşı İlşat Sayetov bu hadisələrin çağdaş Türkiyə üçün nə demək olduğu haqda “Rosbalt”a danışıb.

–Türkiyədə bələdiyyə seçkilərinin nəticələrini necə şərh edirsiniz?

-Ölkədə seçicilərin səsləri bütünlükdə bir yandan fəaliyyətdə olan prezidentin başçılıq etdiyi Ədalət və İnkiaşf Partiyası və Milliyyətçi Hərəkat Partiyasından millətçilərin daxil olduqları “Xalq İttifaqı” və o biri yandan, o cümlədən müxalif Cümhuriyyət Xalıq Partiyasının (CHP) daxil olduğu “Millət İttifaqı” blokunun təmsil etdiyi müxalif güclər arasında, təxminən 50:50-yə bölünüb. Ərdoğanın AKP-si qabaqlar qələbəni özü təmin edə bilib, indi isə MHP-dən millətçilərlə alyansda azacıq üstünlüklə qalib gəlib.

–Yəni başqa partiya ilə alyans Ərdoğan partiyasına qələbə çalmaq imkanı verir – bir də cüzi üstünlüklə?
-Bəli, onlar ölkə üzrə bütünlükdə, haradasa, 51% səs toplayıblar. Səslərin hansısa qədərini özlərinə “çəkirlər”. Və onlar artıq birinci il deyil ki, seçkilərdə azca üstünlüklə qalib gəlirlər. Amma Ankara və İstanbul çox önəmli mərkəzlərdir. İki paytaxtın və İzmirin uduzulması son dərəcə ciddi göstəricidir. Bunlar iqtisadi, siyasi, sosial, təhsil mənasında Türkiyənin üç ən önəmli mərkəzidir. Özü də İstanbul seçkiləri ən başlıca və mühüm hadisədir. Ərdoğanın partiyası burada 25 il uduzmayıb. Bu, Ərdoğan üçün çox təşvişli siqnaldır.

–Prezident indi ölkədə nəyisə dəyişməyə başlayar?
-Şübhə edirəm ki, hansısa islahatlar keçirməyə, Türkiyədə qaykaları boşaltmağa başlayar. Əksinə. Son  səkkiz-doqquz ildə Ərdoğanın fəaliyyət məntiqi aydındır. Amma onlar strategiyanı necəsə dəyişəcəklər.

-Demək olarmı ki, Ərdoğanın indiki “qələbəsi”nin nəticələri onun gələcək tam məğlubiyyyətinin müjdəçisidir?
-Düşünürəm ki, Ərdoğan hakimiyyəti ancaq iki halda itirə bilər. Birincisi – təbii, bioloji səbəbdir, ikincisi iqtisadidir. O, siyasi baxımdan uduzmaz. Ərdoğan burada çox irəli gedib – onun yaxşı siyasi texnoloqları var, bir də özü də hakimiyyət uğrunda sənətdən yaxşı baş çıxardır. Buna görə də iqtisadiyyatda indiki status-kvo saxlanarsa, çox ehtimal ki, o da öz kürsüsünü saxlayacaq. Lakin Türkiyə iqtisadiyyatındakı durum yavaş-yavaş pisləşir. Hələlik ciddi böhranlar olmayıb, amma gənclər arasında işsizlik çoxalıb, kiçik biznesdə orta maaş düşüb. Rusiyadan fərqli olaraq Türkiyədə adamların çoxu özbaşına məşğulluqda olduğundan, ya da kiçik müəssisələrdə işlədiyindən (məşğul vətəndaşların 76%-ə yaxını kiçik biznesdə çalışır) iqtisadiyyatdakı bu tərəddüdlər onlara çox təsir edir. Həm də rəqabət getdikcə azalır, böyük şirkətlər dövlətə getdikcə daha çox bağlanır. Buna görə də indiki seçkilərin nəticələri iqtisadiyyatla şərtlənir.

-Qarşıdakı 2023-cü il prezident seçkilərində Ərdoğanın qalib gəlmək şansı nə qədərdir?
-Mən belə deyərdim: dəyişilməz başqa şərtlərdə onun hakimiyyətdə qalmaqdansa uduzmaq şansı bir az artıqdır.

Aleksandr Jelenin (rosbalt.ru)
Tərcümə Strateq.az-ındır. 

04.04.2019 13:09:00
Oxuma sayı: 191