Abituriyentlər və bakalavrlar üçün “məsləhət saatı” keçiriləcək
Koordinat.az xəbər verir ki, “Məsləhət saatlar”ı zamanı DİM-in rəhbər şəxsləri, struktur bölmələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən müvafiq dövrdə aktual olan və Mərkəz tərəfindən həyata keçirilən tədbirlər - buraxılış, qəbul imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, elektron ərizələrin təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, elektron xidmətlər və s. haqqında müraciət edən şəxslərə kömək göstəriləcək.
İlk “məsləhət saatı” aprelin 5-də saat 15.00-da DİM-in Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq, 1M ünvanında yerləşən binasında təşkil olunacaq. Vətəndaşları Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin müdiri Nigar Hüseynova-Didavari qəbul edəcək.
Qəbula gəlmək istəyən şəxslərin DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri tələb olunur.
Qeyd: Qəbula gələn şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
01.04.2019 13:37:00
Oxuma sayı: 406