Azərbaycanda yerli özünüidarə islahatları başladılmalıdır - ekspertdən çağırış
Ölçü:


Rövşən AĞAYEV,
İqtisadçı ekspert

REAL Partiyası Bakıda böyük şəhər bələdiyyəsinə seçkilərin keçirilməsilə bağlı bir kampaniya başlatdı və bunu çox təqdir edirəm.
Amma düşünürəm Azərbaycanın demokratikləşməsini, rifah dövlətinə çevrilməsini istəyən bütün siyasətçilər məsələni daha köklü qoymalıdırlar: təcili olaraq Azərbaycanda yerli özünüidarə islahatları başladılmalıdır. Bu islahatların ana xəttini 3 fundamental xətt təşkil etməlidir:

1) Yerli səviyyədə əsas rəsmi idarəetmə qurumları bələdiyyələr olmalı, yerli sosial-iqtisadi problemlərin həllilə bağlı əsas səlahiyyətlər xalqın seçəcəyi bu institutun səlahiyyət dairəsinə keçməlidir. Eyni zamanda, yerli seçkili şəxslərə parlament üzvlərinə oxşar səviyyə status tanınmalıdır

2) Bu instituta səlahiyyətlərinə uyğun maliyyə mənbələri təqdim edilməli və maliyyə muxtariyyatı tanınmalıdır;

3) Yerlərə bütün siyasi qüvvələrin və müstəqil namizədlərin iştirakı ilə azad və ədalətli seçkilərin keçirilməsi üçün hüquqi mühit yaradılmadır.

Yerli özünüidarə idarəolunan cəmiyyətdən özünü idarə edən azad cəmiyyəyətə keçid üçün təməl şərtdir. Yerli özünüidarə lokal problemləri yaşadığınız ərazinin sərhədlərinndən mərkəzə daşımadan, aylarla və bəzən illərlə ən vacub ehtuyaclarınızın həlli üçün mərkəzdə oturan məmurun imzasını gözləmədən öz qərarınız və maliyyənizlə operativ həll etməyin alternativsiz mexanizmidir.

Yerli özünüidarə olmayanda ən xırda lokal problemlər belə qloballaşır, ölkə miqyaslı probelmə çevrilir, hətta ucqar kənddə belə yolun çəkilməsi üçün ölkə prezidentinin müdaxiləsini tələb edir.
Dövlətin strateji qərarlarına məsul ali ranqlı şəxsin - 3500-4000 kəndin, 75-80 şəhərin lokal sosial-iqtisadi probelmlərlə yorulmasına ehtiyac yoxdu.

Yerli özünüidarə təkcə ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün vacib institut deyil. Bu təsisatlarda həmçinin ölkənin nəhəng kadr bankı formalaşır - hansı ki, onların bir çox sonradan ölkənin taleyini həll edən insanlara çevrilir.

Bu təsisat çoxpartiyalı sistemi və son nəticədə cəmiyyətdə iştirakçılıq vasitəsilə demokratiya və plüralizmə də təminat verir.
Dünyaya bir anlıq göz atın, hazırda iqtisadi inkişafı demokratiyanı bir araya gətirən elə bir ölkə yoxdur ki, buna yerli özünüidarəsiz nail olmuş olsun.

İslahat təbliğatının önünə bu mövzu keçməlidir...
01.04.2019 11:59:00
Oxuma sayı: 155