Prezidentlərin Vyana görüşü: mücərrəd müzakirələrdən çıxan 6 nəticə
Ölçü:


Vyananın ən qədim otellərindən birində, “Bristol”da  Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar baş tutub. Bu, Paşinyanın ötən ilin mayında hakimiyyətə gələndən bəri Əliyevlə ATƏT Minsk Qrupunun vasitəçilik səylərilə hazırlanmış və həyata keçirilmiş ilk görüşüdür.

ATƏTin Minsk Qrupu sammitin keçirilməsi üçün razılaşma barədə martın başlanğıcında məlumat verib, sonra qabaqkı danışıq gündəliyinin, Madrid prinsiplərinin göstərildiyi və Stepanakertin (Xankəndinin-red.) danışıqlar prosesinə qatılması haqda İrəvanın qaldırdığı məsələ nəzərə alınmaqla danışıqlar formatını dəyişməkdən  imtinanın saxlandığı özəl açıqlama ilə çıxış edib. Vyana danışıqları prosedurca adi diplomatik mərasimlə müşayiət olunub: əvvəlcə ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ münaqişəsi tənzimlənməsinin irəlilədilməsinin müxtəlif çalarlarını, habelə prezident və baş nazir üçün məsələləri müzakirə edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan görüşüblər.

Onların dialoqunun təkbətək formatda üç saatdan çox getdiyinə əsasən cürətlə güman etmək olar ki, məzmunu bilinməz qalan  gündəlik dolğun olub və ehtimal ki, protokoldan xeyli qırağa çıxıb. Amma tərəflər söhbətin yekunu üzrə mətbuat üçün birgə və ya ayrıca bəyanatdan imtina ediblər. Paşinyan rastına çıxan jurnalistə “görüşün normal keçdiyi”ni bildirərək “Bristol” otelini birinci tərk edib. Əliyev də şərhlərdən imtina edərək söz verib ki, “Minsk Qrupu həmsədrləri hər şeyi söyləyəcəklər”. Onlar söyləyiblər. ATƏT MQ mətbuat xidməti reliz dərc edib:

“Görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini anlatmaq imkanı verib. Onlar tənzimlənmə prosesinin bir sıra əsas məsələləri üzrə fikir və danışıqların gedişinin mahiyyəti üzrə ideya mübadiləsi ediblər. Hər iki lider barışa səbəb olan durumun yaradılmasının önəmini və münaqişənin dinc həllinin tapılması üçün sonrakı konkret və hiss olunan addımların atılmasını vurğulayıb. Liderlər Düşənbədəki söhbətlərini yada salaraq atəşkəs rejiminin  möhkəmləndirilməsi və birbaşa əlaqə mexanizminin təkmilləşdiriməsinin vacibliyini vurğulayıb. Onlar həmçinin humanitar sahədə bir sıra tədbirlər hazırlamağa razılaşıblar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan öz ölkələrinin XİN başçılarına ən yaxın gələcəkdə həmsədrlərlə yenidən görüşməyi tapşırıblar. Onlar habelə birbaşa dialoqu davam etdirmək razılığına gəliblər”.

Gördüyümüz kimi, Minsk Qrupunun bəyanatı bayağı şəkildə müsbət ruhda saxlanıb. Amma başqa şey də var. Azərbaycan prezidenti administrasiyasının xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Twitter-də öz bloqunda dəqiqləşdirib ki, Bakı “Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ qətnamələrinə, Helsinki Yekun aktı və beynəlxalq hüquq normalarına uyğun olaraq mövcud format əsasında tənzimlənməsini dəstəkləyir”.

Əlbəttə, bu, yenilik deyil, amma növbəti dəfə təsdiqləyir ki, Vyanada Əliyev-Paşinyan danışıqları açıq danışılması mümkün olan nəticələr verməyib. Bununla belə, durumun müəyyən siyasi-diplomatik özəllikləri gözə dəyir.

Birincisi və ikincisi: danışıqlar prosesi analiz və nəticələrin dəyərləndirilməsi baxımından ATƏT MQ-yə tapşırılıb, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminin həlli dərəcəsi aşkar səviyyədə tamamilə mücərrəd görünür.

Üçüncüsü:
danışıqların özünün xarakterinin müxtəlif şərhləri üçün “imkanlar dəhlizi” yaradılıb, daha doğrusu, qalır.

Dördüncüsü:
Düşənbədəki “ayaqüstü” razılaşmadan fərqli olaraq Bakı və İrəvan indi əlavə yeni öhdəliklər götürməyə hazır olduğunu göstərib. Paşinyan bildirib ki, “özlüyündə necəsə bir reqlament” deyil, müxtəlif məsələlər üzrə fikir mübadiləsi olacaq”.

Beşincisi:
ümumi baza haqda aydınlıq, maraqları müxtəlif olan danışıqçılar üçün ümumi məxrəc yoxdur, güzəştlərə meyl görünmür.

Altıncısı: sabit duyum yaranır ki, hər iki lider uzun danışıqlar nəticəsində aralıq nəticəyə nail olub və görüş və danışıqları davam etdirəcəklər. Ola bilsin, onlar həlləri intuitiv yoxlayır, danışıqların son nəticəsi kimi hansı öhdəliklərin arzu edilən olduğu haqda ümumi təsəvvür formalaşdırırlar. Amma bu, yalnız gümandır.

Sonra nə olacaq? Çox ehtimal ki, Minsk Qrupu növbəti Əliyev-Paşinyan görüşünə hazırlıq haqda bildirəcək ki, onlar üz-üzə məqbul həll tapmağa çalışsınlar. İndi başlıcası budur ki, Bakı və İrəvan birtərəfli destruktiv addımlardan çəkinsin. Qaldı ki ATƏT MQ-yə, o, münaqişə tərəflərini güzəştli çözüm axtarışları yönünə təhrik etməlidir – Stepanakerti (Xankəndini-red.) danışıqlar prosesinə qoşmağı bunlardan biri saymaq olar. Başqa yol – indiki bölgəsəl və xarici tarazlığın komponentləri yeni tərkiblə və “sistemli qarışdırıcı virus” amili ilə dəyişməyincə danışıqlar imitasiyasıdır.

Hələlik isə Bakı və İrəvan əldə olan kiçik, amma yenə də müsbət diplomatik baqajı kapitallaşdırmağa, yeni danışıqlar gündəliyini və onun yeni məzmununu yaratmağa sarı hərəkətlənməyə borcludur. Paşinyan Əliyevlə görüşü müsbət sayır və deyir: “Önəmlidir ki, tərəflərə öz təsəvvürləri, problemləri və gündəlikləri haqda danışmaq imkanı verən proses başlanıb”.

Bakının reaksiyasını gözləyək.

Stanislav Tarasov (regnum.ru)
Tərcümə Strateq.az-ındır.

 
30.03.2019 13:22:00
Oxuma sayı: 169