Doğuş vaxtı körpə ölümü ilə bağlı cinayət işi açıldı
Ölçü:


Bakıda “İnternational Medical Centre” klinikasında doğuş zamanı körpə ölümü ilə bağlı cinayət işi açılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğundan Trend-ə bildiriblər. Qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, ölümün səbəblərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda cinayət işi ilə bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, noyabrın 10-da axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün “İnternational Medical Centre” klinikasına müraciət edib. Doğuş zamanı körpə ölüb.
11.11.2016 17:46:00
Oxuma sayı: 626