Nazir aeroport yolunda zeytun ağacı əkdi - iməcilik
Ölçü:


Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında daxili tələbatın ödənilməsi və ixrac potensialı nəzərə alınaraq kənd təsərrüfatı əhəmiyyətli zeytun ağaclarının əkini aparılıb.

Koordinat.az xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, nazirliyin əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri və ekoloji qeyri-hökumət təşkilatlarının ümumilikdə 300-ə yaxın təmsilçisi iştirak edib. Əzaq məhsulları istehsalının genişləndirilməsi məqsədilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu ərazisinin 1,5 hektarlıq sahəsində, zeytun ağaclarından ibarət yeni yaşıllıq sahəsi salınıb. Sonra aksiya iştirakçıları 30 hektardan artıq ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərib.

Xatırladaq ki, kənd təsərrüfatı əhəmiyyətli ağacların əkilməsi ilə bağlı analoji aksiyalar ölkənin digər magistral avtomobil yollarının kənarlarında, meşə fondu ərazilərində də həyata keçirilir. Qoz, fındıq, nar, tut və sair yerli tələbatın ödənilməsinə və ixraca yönələn ağacların əkini davam etdirilir.


11.11.2016 13:39:49
Oxuma sayı: 181