Bakıda daha bir körpə ölümü
Ölçü:


Bakıda doğuş zamanı körpə ölümü baş verib.

Nəsimi rayon Polis İdarəsindən Koordinat.az-a verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb. Bildirilir ki, tibb müəssisəsinə doğuş üçün müraciət edən qadının doğuş zamanı körpəsi ölüb. İlk hamiləliyi olan qadının körpəsi doğuş zamanı dünyasını dəyişsəd əd, özünün vəziyyəti normaldır.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
11.11.2016 09:56:00
Oxuma sayı: 221