“Elektron cinayət işi” təqdim olundu
Ölçü:



Vergilər Nazirliyi “Elektron cinayət işi”nin təqdimatını keçirib.

Koordinat.az
xəbər verir ki, tədbirdə çıxış edən vergilər nazirinin müavini Namiq Əliyev ölkə Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust tarixli sərəncamı və bu sərəncam çərçivəsində görülən işlərdən danışıb. O, aparılan işlər çərçivəsində Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqi ilə bağlı aparılan hazırlıq işlərinin başa çatdığını bildirib.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə təqdimatla çıxış edərək, vergi hüquqpozmalarına və cinayətkarlığa qarşı mübarizə sahəsində təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) tərəfindən aparılan istintaq işlərinin sürətinin və keyfiyyətinin artırılması, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət edilməsi, insan resurslarından daha səmərəli istifadə olunması məqsədilə, bu sahədə tətbiq olunan uğurlu beynəlxalq təcrübə öyrənilərək, nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) “Elektron cinayət işi” modulunun hazırlanıb istifadəyə verildiyini bildirib.
10.11.2016 15:33:48
Oxuma sayı: 260