Səhiyyə Nazirliyindən valideynlərə xəbərdarlıq
Ölçü:


"Bəzən Yeni il hədiyyə qutularının üstündəki tarixlə içərisində olan məhsullar eyni olmur. Bu səbəbdən də vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar".

Koordinat.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev dekabrın 21-də keçirdiyi mətbuat konfransında deyib.
Əvvəlki illərdə hədiyyə qutularında yararlılıq müddəti bitmiş məhsulların satışda olduğunu xatırladan İmran Abdullayev qeyd edib ki, əvvəllər vaxtı keçmiş şirniyyatların qutulara yerləşdirilməsi faktı olub: "Amma indi sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Əgər müraciət olarsa, şikayət araşdırıla bilər".

İmran Abdullayev deyib ki, bu ilin sonundan mərkəz qida təhlükəsizliyi məsələsinə nəzarət etməyəcək. Onun sözlərinə gprə, bu sahəyə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək: "Dövlət və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var. Bütün bağçalarda azyaşlılar üçün xüsusi menyuların tərtibinə diqqət ayrılır. Aparılan araşdırmalar zamanı müəssisələrdə bu normaları pozan rəhbərliklər müvafiq normalara uyğun cəzalandırılır. Hər bağçada uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Qida rasionu azyaşlılar üçün olduqca önəmlidir və bu kimi norma pozuntuları kəskin şəkildə işıqlandırılmalıdır".

İmran Abdullayev onu da qeyd edib ki, bağçalarda zəhərlənmə halları da qidaların standartlara uyğun şəkildə saxlanılmaması ilə əlaqəlidir: "Ötən illə müqayisədə bu il belə şikayətlər azalıb". 
21.12.2017 11:34:00
Oxuma sayı: 804