Tanınmış jurnalist bu gün əməliyyat olunacaq - FOTO
Ölçü:



1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilən tanınmış jurnalist Zabil Müqabiloğlunun vəziyyəti ağır olaraq qalır.

Koordinat.az xəbər verir ki, Zabil Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qara ciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib.

İilkin əməliyyatla jurnalistin daxili qanaxmasının qarşısı alınıb. Amma həkimlər növbəti güclü qanaxmaların olmaması üçün damarların açıq əməliyyatla tikilməsi qənaətinə gəliblər.

Bu gün Zabilin üzərində növbəti əməliyyat aparılacağı gözlənilir. 

Zabilin qaraciyər transplantasiyasına ehtiyacı var. Həkimlər deyirlər ki, Zabil Müqabiloğlunu qaraciyər donoru və bahalı cərrahiyyə əməliyyatı vasitəsilə xilas etmək mümkündü. Jurnalistin isə buna maddi imkanı çatmır...

Bu arada millət vəkili Qənirə Paşayeva Zabil Müqabiloğlunu ziyarət edib, ona bugünkü əməliyyat öncəsi ürək-dirək verib.

Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.

Zabil Müqabiloğlu Zəngilan rayonundan məcburi köçkündür, Bakıdakı yataqxanalardan birində məskunlaşıb, evlidir, 1 azyaşlı oğlu var.

10.11.2016 10:08:00
Oxuma sayı: 569