Paşinyan Edvard Nalbandyanla gizli görüşübmüş
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı detal açıqlayıb.

Koordinat.az
xəbər verir ki, Nikol Paşinyan danışıqlarda yeni adam olduğu üçün keçmiş hakimiyyət nümayənədələri ilə məsləhətləşdiyini etiraf edib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan Baş nazir seçilməmişdən qabaq Nalbandyanla görüşdüyünü gizlətməyib: “Mən sizə belə bir sirr açım. Baş nazir seçiləndən sonra xarici işlər naziri ilə birlikdə keçmiş XİN rəhbəri Edvard Nalbandyanla görüşmüşdüm. Biz ondan danışıqlar prosesinin detalları ilə bağlı məlumat istəmişdik”.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri zamanı danışıqlar prosesinin tarixi barədə söhbət etdiyini də bildirib.  O, münaqişənin həll variantlarını xarici ölkə başçıları ilə də müzakirə etdiyini söyləyib.

 
19.03.2019 13:43:00
Oxuma sayı: 270