Həkim-deputat həyəcan təbili çaldı
Ölçü:


“Azərbaycanda hər 1000 doğuşdan 8-14-də ciddi ürək qüsurlu uşaqlar dünyaya gəlir”.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib. O bildirib ki, bu uşaqların 25 faizi dünyaya gəldikləri ilk ay içərisində, 60 faizi 6 ay içərisində, 80 faizi isə 1 il içərisində həyatını itirir: “Hesablanan rəqəmlərə görə, bu problemlərin həlli üçün Azərbaycanda ildə 800-1000 arası əməliyyat aparıla bilər. Hazırda bunun 10 minə çatdırılması üçün işlər aparılır. Bunun üçün ilkin göstəricilərə görə, 15 milyon manata yaxın vəsaitə ehtiyac var. Bu gün dövlət xəstəxanasında 250-yə yaxın uşağın əməliyyatı təşkil olunur. Amma, bunun üçün hər hansı bir dövlət proqramı yoxdur. Hesab edirəm ki, dövlət proqramı çərçivəsində bu il və ya gələn il Səhiyyə Nazirliyinə təklif təqdim olunmalıdır”.

Rəşad Mahmudov vurğulayıb ki, gələcəkdə canımızı əmanət edə biləcəyimiz səhiyyənin olmasını və bunun inkişaf etməsini arzulayırıqsa, səhiyyəyə qarşı iqtisadi baxış nəzər salınmalıdır.

 
08.11.2017 13:29:00
Oxuma sayı: 84