Azərbaycanın xarici ticarət dövriyyəsi 45 faiz artıb
Ölçü:


“Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 317,941 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb”.

Koordinat.az
xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2% çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2 aylıq ticarət dövriyyəsinin 3 152,129 milyon dolları ixracın, 2 165,812 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Son nəticədə xarici ticarətdə 986,317 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 30% çoxdur.

14.03.2019 19:53:00
Oxuma sayı: 47