Ombudsman: "Böyük əfv gözlənilir"
Ölçü:


“Böyük əfv gözlənilir. Mənə nə qədər müraciətlər olub, hamısını göndərmişəm. İstər məhkumlar tərəfindən, istər onların ailələri, yaxınları tərəfindən. Mənə nə qədər müraciətlər olub, hamısına baxılıb, nəzərə alınıb və Əfv komissiyasına göndərilib”.

Koordinat.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Elmira Süleymanova bildirib. O daha sonra qeyd edib ki,  hər ay ayın sonuncu günü Əfv komisiyyası vasitəsiylə Prezidentə müraciət edir: “Bu dəfə də nə mümkün olub, hamısını komisiyyaya göndərmişəm. Sonuncu siyahını ayın 7-də göndərmişik. Əfv komisiyyasında bu müraciətlər qalır, baxılır. Dediyim kimi, nə mümkündür biz etmişik, gözləyirik”.
 
14.03.2019 17:37:00
Oxuma sayı: 36